Prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də dünən qarşılaşdığı tükürpədən mənzərədən danışıb.
7News.Az xəbər verir ki, Tolik qəbiristanlıqda bir şəhid anasının fəryadının şahidi olub.
Lakin aparıcı qara geyimli qadına yaxınlaşıb sakitləşdirməyə cürət etmədiyini bildirib:

"Dünən II Fəxri Xiyabanda İlhamə xanımın qəbrini ziyarət edəndə ürəyimdən keçdi ki, Mübariz İbrahimovun məzarı üstünə də gedim. Mübariz də həmin xiyabanda dəfn edilib. Onun məzarını ziyarət etməyə gedəndə qara geyimdə bir ana gördüm. Şəhidlərdən birinin məzarı yanında idi. Əlində bir parça, şəhidin məzarını silirdi. Ana ilə salamlaşdım, oğluna Allahdan rəhmət diləyib getdim. Amma qayıdanda o ananın fəryadını gördüm və o fəryadda o anaya yaxın dura bilmədim. Çünki o qəbiristanlıqda heç kim yox idi. Bir ana idi, bir mən. Amma onu demək istəyirəm ki, bütün şəhid anaları bilsinlər ki, onların dərdi bütün Azərbaycanın dərdidir. Allah heç bir anamıza şəhid övladını qarşılamağı nəsib etməsin".
7News.Az








