Qazi Anar Əsədov Vətən uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" və "İgidliyə görə" medalları ilə təltif edilib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, çavuş Anar Əsədov 5 uşaq atasıdır və hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayır.
Qeyd edək ki, o, müsahibələrinin birində "Ayağım üzüldü, qəlpə alnımdan girib gözümün arxasında qaldı" deyərək hər kəsi kövrəldib.
7News.Az








