RU
Qərb regionunun biznes imkanları REGİONAL EXPO GƏNCƏ 2026-da
17:05
60

Qərb regionunun biznes imkanları REGİONAL EXPO GƏNCƏ 2026-da



Gəncə İdman Sarayında keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisi Qərb regionunun dövlət və özəl müəssisələrini, sahibkarlarını və şirkətlərini vahid biznes platformasında bir araya gətirəcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə TECHERA, "Gəncə İş Adamları” İctimai Birliyi və GBARU tərəfindən təşkil olunan tədbirin rəsmi tərəfdaşı Azərbaycan Dövlət Aqrar Universitetidir.
İki gün davam edəcək sərgidə 100-dən çox müəssisənin iştirakı və 10.000-dən artıq ziyarətçinin qatılması gözlənilir. Tədbir çərçivəsində məhsul və xidmət təqdimatları ilə yanaşı B2B, B2G və B2U görüşləri, yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının müzakirəsi və əməkdaşlıqların yaradılması nəzərdə tutulur.
Stendlə iştirak edərək məhsul və xidmətlərinizi təqdim edin, yeni əməkdaşlıqlar, biznes əlaqələri və bazarlar üçün imkanlar yaradın.
REGİONAL EXPO GƏNCƏ 2026 regional sahibkarların yeni müştəri və tərəfdaşlarla əlaqə qurmasına, investorlar və dövlət qurumları ilə birbaşa görüşlər keçirməsinə, yeni bazarlara çıxış və ixrac imkanlarını araşdırmasına şərait yaradacaq.
Tədbirin əsas məqsədlərindən biri Bakı ilə regionlar arasında biznes əlaqələrini gücləndirmək və Qərb regionunun iqtisadi potensialını daha geniş auditoriyaya təqdim etməkdir.


REGİONAL EXPO GƏNCƏ 2026 tədbirində stendinizi indidən rezerv edin.

Tarix: 20–21 noyabr 2026
Məkan: Gəncə İdman Sarayı
Stendlə iştirak: +994 10 437 55 65
Sponsorluq imkanları: +994 70 740 88 40
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ