RU
Qəzaya uğrayan tələbələrdən birində beyin ölümü başlayıb - VİDEO
15:30
567

Qəzaya uğrayan tələbələrdən birində beyin ölümü başlayıb - VİDEO

Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır.

7News.az xəbər verir ki, bu barədə istipress-ə Kliniki Tibbi Mərkəzin Cərrahiyyə qəbul şöbəsinin baş həkimi Ələddin Hacıyev məlumat verib. O bildirib ki, ötən gün qəzadan dərhal sonra xəstəxanaya 4 yaralı gətirilib. Onlardan biri Rəşad Canıyev xəstəxanaya gətirildikdə artıq ölmüşdü və reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş 18 yaşlı Lalə Nəsirzadədə isə beyin ölümü başlayıb, ağır komadadır: "Nəsibzadə Lalə ağır politravma ilə xəstəxanaya daxil olub. Onda kəllə-beyin, döş qəfəsi və qarın boşluğunun travmaları olub. Qanaxması olduğu üçün təcili əməliyyata qaldırılıb. Amma hal-hazırda vəziyyəti çox ağırdır və reanimasiyadadır. Həyatı üçün təhlükə var. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır”.

Şöbə müdiri bildirdi ki, 1997-ci il təvəllüdlü Rəsul Sadıqovda burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi ilə, üz-çənə cərrahiyə şöbəsində müalicə olunur: "18 yaşlı Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir”.



Qəza zamanı kəllə beyin travması və aşağı ətrafların müxtəlif xəsarətləri diaqnozu ilə Kliniki tibbi mərkəzə yerləşdirilən Rəsul Sadıqovun atası Valeh Sadıqov İstiPressə açıqlamasında oğlunun vəziyyətini yaxşı olduğunu deyib. Amma tələbə keçirdiyi stressdən qəzanın baş vermə anının xatırlaya bilmir: "Bunun yanında heç nə qalayıb. Oğlumun 20 yaşı var, 3-cü kurs tələbəsidir. Burun travması var, ayağında zədə, var amma şükür Allaha vəziyyəti yaxşıdır. Tezdən getmişdi, həmişə getdiyi marşurut idi. Amma şükür ki, indi yaxşıdır."



Bakı-Sumqayıt yolunda ötən gün içərisindəki sərnişinlərin böyük əksəriyyəti tələbələr olan "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb. Səhər saatlarında baş verənn yol-nəqliyyat hadisəsi zamanı 5 tələbə həyatını itirib. Bunlar Sumqayıt Dövlət Universitetinin tələbələridir: 

Quliyeva Çinarə Azər qızı (1996-cı il)

Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il)

Quliyev İbrahim Vüqar oğlu (1996-cı il)

Muradova Roza Eynulla qızı (1997-ci il)

Caniyev Rəşad Füzüli oğlu(1997-cı il)

Qəza zamanı 23 nəfər isə yaralanıb. Vəziyyəti daha ağır olan yaralılar Kliniki Tibbi Mərkəz, bəziləri isə Sumqayıt xəstəxanasına yerləşdirilib.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ