7News.az xəbər verir ki, Xan Yunisdə ailəsi ilə birlikdə müvəqqəti çadırda yaşayan 9 aylıq körpə hipotermiya (bədənin həddindən artıq soyuması) səbəbindən həyatını itirib. Birləşmiş Millətlər Təşkilatının rəsmiləri xəbərdarlıq ediblər ki, lazımi sığınacaq və qış ehtiyacları təmin olunmasa, daha çox ölüm halları baş verəcək.