RU
Qırğızıstan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
16:50
119

Qırğızıstan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinə işgüzar səfərə gedib.

7News.Az "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər çərçivəsində S.Japarov sentyabrın 29-da İznik şəhərində start götürən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı qüvvəsini sınayacaq.

IV Dünya Köçəri Oyunlarının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ