RU
Qırğızıstan Türkiyədən yeni pilotsuz uçuş aparatı alıb
17:20
242

Qırğızıstan Türkiyədən yeni pilotsuz uçuş aparatı alıb

Qırğızıstan Türkiyədən daha bir pilotsuz uçuş aparatı alıb.

7News.Az "Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, "Anka” zərbə dronunun uçuş məsafəsi 250 km-ə qədərdir. Pilotsuz təyyarə 30 saat havada qala bilir.

Hərbi texnika 350 kq-a qədər yük daşıya bilir.

Xatırladaq ki, Qırğızıstan bundan əvvəl Türkiyədən "Bayraktar”, "Akıncı” və "Aksunqur” PUA-ları alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ