Türkiyənin İsparta rayonunda baş verən qeyri-adi hadisə sosial mediada maraq doğurub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, gənc qadın sevgilisinin xəyanətini öyrəndikdən sonra ona qarşı qeyri-ənənəvi jest edib.
Gənc qadının keçmiş sevgilisinin toy günündə üzərində təəccüblü qeyd olan çələng göndərdiyi bildirilib.
Ətrafdakılar təəccüblənib və çələngdəki mesaj sosial mediada gündəm olub:
Çələngdəki mesajda "Qurduğun yuva bir ömür boyu cəhənnəmin olsun. Ahım iki cahanda yaxandadır" sözləri yazıldığı bildirilib.
Hadisə həm təəccüb, həm də əyləncə ilə qarşılanıb.
Toy məkanının qarşısında qoyulan çələngin fotoları sosial mediada yayıldıqdan sonra bəzi istifadəçilər gənc qadının reaksiyasını "yaradıcı" hesab etsələr də, digərləri baş verənlərin şəxsi həyatın sərhədlərini aşdığını iddia ediblər.









