Türkiyənin Tokat vilayətinin Zile rayonunda otağında ölü tapılan 25 yaşlı Sibel Akpınarın anası və iki bacısı həbs olunub.
Sibel Akpınarın yaşadığı evdən pis qoxular gəldiyi barədə məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları gənc qadını hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Aparılan ilkin araşdırmalar zamanı Sibel Akpınarın həyatını itirdiyi müəyyən olunub.
Mütəxəssislər onun təxminən 10 gün əvvəl vəfat etdiyi ehtimalı üzərində dayanırlar. Hadisə zamanı qızın eyni evdə yaşayan anası Yeter Akpınar və bacıları Satı Akpınar ilə Seher Akpınar saxlanılıblar.
Məhkəməyə çıxarılan ana və iki bacı "ehtiyatsız davranış nəticəsində qəsdən adam öldürmə” ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Məlumata görə, psixoloji problemlər yaşadığı iddia edilən Sibel Akpınar bir müddət əvvəl özünü otağına kilidləyibmiş. Onun ölümünün dəqiq səbəbi isə məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra məlum olacaq.








