Bakının Suraxanı rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Hadisə Binə qəsəbəsinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.
Bildirilir ki, internet kabelinin çəkilişi zamanı tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə 45 yaşlı Xaliq Bağırov çoxsaylı bıçaq xəsarətləri alaraq hadisə yerində ölüb.
Mərhumun yaxınları hadisənin təkcə internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını və qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edirlər.
Hadisə ilə bağlı Ceyhun adlı şəxs saxlanılıb. Fakt üzrə araşdırma davam etdirilir.








