RU
Qubalı kişi həyətində ayı saxlayırmış - FOTO
16:56
329

Qubalı kişi həyətində ayı saxlayırmış - FOTO

Qubada fərdi təsərrüfatda "Qırmızı kitaba” düşən ayı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, polis tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı "Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub. 

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd "Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ