RU
Qubernator:
20:00
931

Qubernator: "Sevastopolda Ukraynaın 10 PUA-sı vurulub"

Yanvarın 16-da səhər saatlarında Rusiyanın Sevastopol bölgəsində Ukraynanın 10 pilotsuz uçuş aparatı (PUA) vurulub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Mixail Razvojayev tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın Hərbi Hava Qüvvələri və Qara dəniz donanması dəniz üzərində Ukraynanın 10 PUA-sını zərərsizləşdirib. Qubernator akvatoriyada zərərçəkənin olmadığını da qeyd edib.

Ukraynanın rəsmi qurumları Rusiya tərəfinin iddiasına münasibət bildirməyib.

Xatırladaq ki, Sevastopolda Qara dəniz donanmasının əsas bazası yerləşdir. Ukrayna ordusu son aylar bu əraziyə bir neçə dəfə PUA ilə zərbələr endirib. Sonuncu dəfə belə hücumlardan biri yanvarın 7-də olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ