"Qulaq falına çıxmaq olmaz" - Ağamirzədən SƏRT QADAĞALAR
"Qapıya papaq atmaq olmaz. Qulaq falına çıxmaq olmaz". Bu sözləri meyxanaçı Ağamırzə deyib.
7News.Az xəbər verir ki, meyxanaçı "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub. Veriliş zamanı Ağamirzə bir çox maraqlı faktlar açıqlayıb:
"Əgər mən evimdə ailəmlə söhbət edirəmsə, buna niyə kimsə qulaq assın axı?! Xoruz, it döyüşdürürlər. Niyə axı heyvana əziyyət verməliyik?! Papaq atırlar qapıya. Kişi başının papağın atmaz. Yaylıq atarlar. Mən belə şeyləri qəbul etmirəm".