RU
Ramil Usubov generalın qardaşını 20-ci bölməyə RƏİS TƏYİN ETDİ
12:34
350

Ramil Usubov generalın qardaşını 20-ci bölməyə RƏİS TƏYİN ETDİ

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.

Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ