İfaçı-bəstəkar Rəhim Rəhimli "ATV maqazin 10larla" verilişinin "3 dəqiqə" rubrikasında qonaq olub.
7News.Az primetime.az-a istinadən xəbər verir ki, sənətçi 3 dəqiqə ərzində ona ünvanlanan 33 sualı cavablandırmağa çalışıb. Rəhim 7 aydır ki, heç bir televiziya verilişinə çıxmadığını bildirib.
Rəhim Rəhimli ona ünvanlanan sualları tam cavablandıra bilmədiyi üçün cəzalandırılıb. Cəza olaraq 5 nəfəri onun instagram hesabını izləməsi tələb olunub.
Sual-cavab zamanı müğənni oğurluq etdiyini də etiraf edib.
7News.Az










