RU
Rihannanın evinə oğru girdi, polislər helikopterlə gəldi - FOTO
14:40
244

Rihannanın evinə oğru girdi, polislər helikopterlə gəldi - FOTO

Rihannanın Los-Ancelesin ən dəbdəbəli səmtlərindən biri olan Hollivud Hillsdəki 6,8 milyon dollar dəyərindəki malikanəsinə oğru girib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles Polis Təşkilatı ötən gecə oğurluq olunması ilə bağlı şikayət alıb.

Evin Rihannaya aid olması isə sonradan məlum olub. Hadisə yerinə helikopterlə gələn polislər evdə axtarışa başlayıb. Həmin vaxt Rihanna evdə olmayıb.

Qeyd edək ki, soyğunla bağlı hələlik heç kim həbs edilməsə də, polis bildirib ki, oğrunun olduğu görüntülər onların əlindədir və qısa zamanda həmin şəxs yaxalanacaq.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ