Ermənistan parlamentindəki müxalif "Hayastan” fraksiyasının üzvü, deputat Artur Sarkisyan həbs edilib.
Bunu fraksiyanın üzvü Aram Vardevanyan feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, A.Sarkisyan 2016-cə ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, bu ilin iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ittiham olunaraq həbs edilmişdi. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılmışdı və deputat kimi fəaliyyətini davam etdiriridi.
Xatırladaq ki, "Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri keçmiş Prezident Robert Koçaryandır./report
7NEWS.Az








