RU
Roma Papası qadının döyməsini öpdü – VİDEO
15:30
108

Roma Papası qadının döyməsini öpdü – VİDEO

Roma Papası Fransisk "Osvensim” nasist düşərgəsindən sağ qurtulmuş qadınla söhbət zamanı onun qolundakı döyməni öpüb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, döymədə keçmiş məhbusun düşərgədəki nömrəsi həkk olunub. Hadisə Papanın da iştirak etdiyi gənclər üçün maarifləndirici tədbir zamanı qeydə alınıb.

 

Polşa vətəndaşı Lidiya Maksimoviç 3 yaşında olarkən doğulduğu Belarusdan "Osvensim”ə aparılıdığını bildirib. O, düşərgənin uşaq bölməsində saxlandığını və məşhur doktor Menqelenin təcrübələrindən sağ çıxdığını qeyd edib.

Azad olunduqdan sonra Lidiya polşalı ailə tərəfindən övladlığa götürülüb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ