RU
Roza onlara beş min verdi - VİDEO
17:20
752

Roza onlara beş min verdi - VİDEO

Müğənni Roza Zərgərli "Bizimləsən” verilişinə müraciət edən iki gəncə beş min manat bağışlayıb. 

7News.Az xəbər verir ki, Şəhriyar və Ülkər adlı gənc evlənmək istədiyini, amma mənzilləri olmadığını bildiriblər.

Proqramın aparıcısı Zaur Baxşəliyev isə onlara ev almaq üçün kömək aksiyası başladıb.  

Roza aksiyaya ilk dəstək olan şəxs olmaq istədiyini bildirib. Ötən gün proqramda gənclərin nişan mərasimi baş tutub. İfaçı onlara nişan hədiyyəsi olaraq pul göndərib. 

Z.Baxşəliyev isə pulu gənclərə verməyəcəyini, ev almaq üçün toplanan məbləğin üstünə qoyacağını söyləyib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ