RU
Roza Zərgərli Bülənt Ərsoyla bir arada
14:10
393

Roza Zərgərli Bülənt Ərsoyla bir arada

Müğənni Roza Zərgərli türkiyəli məşhur ifaçı Bülənt Ərsoyla görüşüb.

Sənətçilərin görüşü aylar əvvəl İstanbulda baş tutub. Zərgərli birlikdə foto çəkdirərək İnstaqram səhifəsində yerləşdirib.

Müğənni fotoya "Yaxın aylarda Bakıda sizi sevə-sevə gözləyirik. Bu il hər birimizə çətin oldu. Amma yenə də hər birimiz xoşbəxtik. Ümid edirəm ki, hər şey yaxşı olacaq" sözlərini yazıb.

Qeyd edək ki, Bülənt Ərsoyun Bakıya gələcəyi bildirilsə də, pandemiyaya görə konsert təxirə düşüb.

Roza Zərgərli Bülənt Ərsoyla bir arada
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ