Xalq artisti Murad Dadaşov sonuncu "Maşın” şoudakı avtomobilin aqibətindən danışıb.
7News.Az-ın məlumatına görə, şoumen maşının hələ də heç kimə verilmədiyini söyləyib:
"Maşın hələ də qalıb, saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki...
M.Dadaşov "Maşın”ın növbəti buraxılışına hazırlaşdıqlarını söyləyib.
Qeyd edək ki, müğənni Roza Zərgərli avtomobili qazansa da, ondan imtina etmişdi. Roza maşının xeyriyyə məqsədilə istifadə edilməsini istəmişdi.
7News.Az








