RU
Rus bölməsi abituriyentlərinə şad xəbər: Qəbul şansı daha çoxdur
13:55
655

Rus bölməsi abituriyentlərinə şad xəbər: Qəbul şansı daha çoxdur

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılıb. "Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. "Azərbaycan dili” fənni imtahanından "məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Artıq aprelin 9-da keçriləcək rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən qeydiyyatı başa çatıb.

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya bildirib ki, aprelin 9-da keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərin sayı 6628 nəfərdir. Bu imtahanda iştirak etmək üçün abituriyentlər 10 manat ödəniş etməlidirlər:

"Cari ilin məzunlarının bu imtahan xərci dövlət büdcəsindən ödənir. Azərbaycan dili imtahanından DİM-in qazancı 66280 manatdır. Amma əvvəlki illərdə bu imtahanlar ödənişsiz olaraq həyata keçirilirdi. Rus bölməsi abituriyentləri üçün qəbul plan yerinin 4 minə yaxın olduğunu nəzərə alsaq, onların ali məktəblərə qəbul olma şansının Azərbaycan bölməsindən çox olduğunu görərik.

Bu il rus bölməsi üzrə imtahanda iştirak edənlərin sayında əvvəlki illərlə müqayisədə azalmanın olduğunu görmək olar. Məlumat üçün bildirim ki, 2016-cı ildə birinci mərhələdə bu imtahanda imtahanda iştirak etmək üçün 8109 abituriyent qeydiyyatdan keçmişdi. 2015-ci ildə isə rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən birinci imtahanda iştirak edənlərin sayı 7873 idi ki, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul” qiyməti almışdı”.//cebhe.info 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ