Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin 3 faiz bəndi azaldaraq 20%-dən 17%-ə endirilməsi barədə qərar qəbul edib.
Qərar aprelin 11-dən qüvvəyə minəcək.
Xatırladaq ki, sonuncu dəfə Rusiya Bankı Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artıraraq 20 %-ə qaldırmışdı./Report
7News.Az








