"ABŞ prezidenti Co Baydenin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bağlı açıqlamalarını "çox pis” adlandırmaq olar”.
TASS agentliyi xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov martın 18-də jurnalistlərlə görüşündə deyib.
"Bayden öz açıqlaması ilə açıq-aşkar nümayiş etdirdi ki, Moskva ilə münasibətləri normallaşdırmaq istəmir. Gələcəkdə Vaşinqtonla qarşılıqlı əlaqə qurarkən Kreml bu yanaşmanı nəzərə almalı olacaq”, - deyə V.Putinin sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirib.
7News.Az








