RU
Rusiya limanında Türkiyəyə gedən gəmidə minalar aşkarlandı - VİDEO
20:04
28

Rusiya limanında Türkiyəyə gedən gəmidə minalar aşkarlandı - VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Leninqrad vilayətinin Ust-Luqa limanında Belçikadan gəlmiş qaz daşıyan gəmidə terror aktının qarşısını alıblar.

7News.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Bildirilib ki, "Arrhenius" adlı gəmiyə minalar yerləşdirilib.

FTX əməliyyatı İstintaq Komitəsi, Müdafiə Nazirliyi və qvardiya ilə birgə həyata keçirib. İstintaq Komitəsinin məlumatına əsasən, gəmi mayın 20-də Belçikadan gəlib və Ust-Luqada dayandıqdan sonra Türkiyənin Samsun limanına yola düşməli idi. Qaz tankerinin sualtı müayinəsi zamanı dəniz maqnit minaları tipli partlayıcı qurğular tapılıb. Müstəntiqlər hesab edirlər ki, onlar sənaye istehsalı olan vasitələrdən istifadə edilməklə NATO ölkələrinin birində hazırlanıb. Hər bir qurğudakı plastik partlayıcı maddənin kütləsi təxminən 7 kq olub.

Qaz daşıyan gəminin kapitanı bildirib ki, Belçikanın Antverpen limanında yük boşaldılmadan əvvəl gəmi agenti tərəfindən gəmi lövbər salma yerinə göndərilib və liman işçilərinin guya tətili səbəbindən orada təxminən bir gün yarım qalıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, minaların Rusiya ərazi sularında quraşdırılması mümkün deyildi.

Terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi başlanılıb. Cinayətdə iştirakı olan bütün şəxslərin axtarışı davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ