Rusiya ordusu Donetsk vilayətinin Soledar şəhərinə nəzarəti ələ keçirib.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Rusiya ordusu yanvarın 12-si axşam saatlarında şəhərə nəzarəti ələ keçirib.
Qeyd olunur ki, Soledar şəhərinə nəzarətin ələ keçirilməsi Baxmut şəhərində olan ukraynalı hərbçilərin təchizatına maneə yaradır.








