RU
Rusiya ordusu Xersonda yenidən toplanır
21:40
276

Rusiya ordusu Xersonda yenidən toplanır

"Xerson vilayəti ərazisində rus işğalçıları yenidən toplanır. Müdafənin dərinliklərinə isə elit birliklər cəlb olunub”.

7NEWS.Az "UNIAN”a istinadla xəbər verir ki, bu barədə "Cənub” Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Humenyuk informasiya telemarafonunun efirində məlumat verib.

"Biz başa düşürük ki, onların sağ sahildən sola hərəkət manevrləri rusların mülki şəxslər üçün təşkil etdikləri tam hüquqlu evakuasiya deyil, bu, bir islahatdır. Elit birliklər isə daha da dərinə çəkilirlər”, – Humenyuk deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ