RU
Rusiya səfiri:
21:30
272

Rusiya səfiri: "Azərbaycanla ticarət dövriyyəmizin artım göstəricisi çox yaxşı nəticədir"

"Rusiyadan gələn statistik məlumatlara görə, bu ilin 6 ayında Azərbaycanla ticarət dövriyyəmiz ötən ilin eyni dövrünə nisbətən 10% artıb ki, bu da çox yaxşı nəticədir".

7NEWS.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-də keçirilən "şou-rum”da Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov bildirib.

"Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Azərbaycan-Rusiya əməkdaşlığı xüsusilə çoxşaxəli hadisələrlə zəngindir, o cümlədən iqtisadi əlaqələrimiz fəal şəkildə inkişaf edir. Rusiya regionları ticarət-iqtisadi əlaqələrin inkişafına böyük töhfə verir. Bu, əməkdaşlığımızın ən mühüm istiqamətlərindən biridir. Bu baxımdan Ryazan vilayətindən olan sahibkarların burada iştirakı bizim üçün çox əhəmiyyətlidir”, - deyə o, qeyd edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ