Ukraynada müharibə davam edərkən Rusiya telekanaldan ultimatum tipli xəbərdarlıq edilib.
"Rossiya-1” telekanalında yayımlanan proqramda Rusiyanın Ukraynadan sonra növbəti hədəfi açıqlanıb.
"Daily Beast”in "Kreml televiziyası Putinin növbəti hədəfi olan ölkənin adını çəkdi” başlıqlı xəbərində rusiyalı jurnalistlərin Ukraynaya silah yardımının hücuma haqq qazandırdığı ifadə edilib. Jurnalistlər Ukrayna ilə həmsərhəd olan Polşaya işarə ediblər.
NATO üzvü olan Polşa Ukraynanın qərbində yerləşən Ukraynaya yardımın əsas bazasıdır.
Bu vəziyyətə diqqət çəkən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından Vladimir Avatko "Putinin sözlərini xatırlamaq lazımdır. Xüsusi hərbi əməliyyata müdaxilə etməyə cəhd edən hər kəs bunun əvəzini ağır şəkildə ödəyəcək" deyib.
Avatkonun bu sözləri Polşaya açıq təhdid kimi şərh edilib./olke
7NEWS.Az








