Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavodunu hədəfə alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, zavod Ukrayna ordusunun ehtiyacları üçün yanacaq-sürtgü materiallarının istehsalında istifadə olunub. Müəssisənin zərbədən sonra salamat qalan rezervuar parkının isə xaricdən gətirilən neft məhsullarının qəbulu və daşınması üçün istifadə edildiyi qeyd olunub.
Məlumata görə, zərbə Ukraynanın hərbi təchizatında istifadə olunan yanacaq infrastrukturuna qarşı həyata keçirilib.








