RU
Rusiyada diversiya cinayətinə görə ömürlük həbs veriləcək
18:50
221

Rusiyada diversiya cinayətinə görə ömürlük həbs veriləcək

Rusiya Dövlət Duması diversiyaya görə ömürlük həbslə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul olunub.
"Nəzərə alsaq ki, Rusiya xüsusi hərbi əməliyyat keçirir və eyni zamanda qaçqınları qəbul edir, xarici vətəndaşların ölkəyə giriş-çıxışı üçün açıq qalır, qanun layihəsinin qəbulu ölkəmizi qorumaq üçün zəruri olan prinsipial mühüm addımdır. Bu, Dövlət Dumasının bütün fraksiyalarının ümumi rəyidir”, deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ