RU
Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb
18:24
31

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

Rusiyanın məhsulların rəqəmsal markalanması sistemi "Çestnıy Znak" "Rospotrebnadzor”un göstərişi əsasında Ermənistandan idxal edilən 70 min butulkadan çox içməli su və qazlı içkinin satışını bloklayıb.

Bu barədə şirkət məlumat yayıb.

Satışın dayandırılmasına səbəb kimi məhsulların Rusiya vətəndaşlarının həyat və sağlamlığı üçün potensial təhlükə yaratması göstərilib.

Bildirilib ki, satışına qadağa qoyulan məhsullar arasında "Bjni" markalı müalicəvi süfrə mineral suyu, "Prosto Azbuka" təbii içməli suyu və "Moxito" alkoqolsuz qazlı içkisi var.

Qeyd edək ki, bu ilin 28 aprel tarixində Rusiyanın "Çestnıy Znak" rəqəmsal markalanma sistemi "Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan "Cermuk" mineral suyunun satışını dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ