Rusiyada son gündə koronavirusdan ölənlərin sayında yeni maksimum qeydə alınıb – 815.
Bu barədə ölkənin Koronavirusa qarşı Mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Bununla da pandemiya başlayandan bəri Rusiya federasiyasında COVID-19-dan ölənlərin sayı 168 864 nəfərə çatıb.
Eyni zamanda, son 24 saatda 22.277 yeni yoluxma qeydə alınıb.








