RU
Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər - FOTO
10:50
22

Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər - FOTO

Rusiyanın Moskva vilayətinin Orexovo-Zuyevo şəhər dairəsinin Kabanovo kəndində altıncı sinif şagirdinin qətlində şübhəli bilinən iki məktəbli saxlanılıb.

7News.Az "REN TV"yə istinadən xəbər verir ki, şübhəlilər 15 və 16 yaşlı qızlardır.

Məlumata görə, yeniyetmələr cinayəti əvvəlcədən planlaşdırıblar. Onlar oğlanı görüşmək bəhanəsi ilə tərk edilmiş binaya aparıblar.

Altıncı sinif şagirdi avqustun 26-da itkin düşüb. Hazırda hadisənin bütün detalları araşdırılır.

Moskva vilayəti prokurorluğunun məlumatına görə, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.

Yaxın vaxtlarda məhkəmə iki yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.
Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ