RU
Rusiyada qəzada ölənlərin cəsədlərinin qalıqları tapıldı
14:00
314

Rusiyada qəzada ölənlərin cəsədlərinin qalıqları tapıldı

Rusiyada "An-12” tipli təyyarənin qəzaya düşdüyü ərazidə nəqliyyat vasitəsinin göyərtəsində olan 9 nəfərin cəsədinin qalıqları tapılıb.

7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, İrkutsk Regional Məhkəmə Tibb Bürosu həlak olan 9 nəfərin cəsədlərinin və qalıqlarının tapıldığını təsdiqləyib.

 

Qeyd edək ki, Belarusun "Qrodno” aviaşirkətinin "An-12” tipli təyyarəsi noyabrın 4-də qəzaya uğrayıb. O, müqavilə əsasında məhsulların şimaldan Çukotkaya çatdırılmasını həyata keçirib. Təyyarənin qəzaya düşməsinə şaxtalı yağışın səbəb olduğu deyilir.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ