7News.az xəbər verir ki, tarixin ən ölümcül xəstəliyi olan taun, Rusiyada baş vermiş şübhəli ölüm hadisəsindən sonra yenidən diqqət mərkəzinə düşüb. Məlumatlara görə, taun üzrə tədqiqat institutunun əməkdaşı, 28 yaşlı laboratoriya işçisi Darya Şçipilova tərkibində bakteriya olan sınaq şüşəsini təsadüfən sındırdıqdan sonra dünyasını dəyişib. Eyni zamanda, təxminən 200 nəfər müşahidə altına alınıb və beş xəstəxanada karantin tədbirləri tətbiq edilib.








