RU
Rusiyadan “S-500”ü ala biləcək ilk ölkələrin adları açıqlandı
13:10
438

Rusiyadan “S-500”ü ala biləcək ilk ölkələrin adları açıqlandı

"Hindistan, Çin və Rusiyanın bir sıra tərəfdaş dövlətləri Rusiyadan yeni nəsil "S-500” zenit-raket kompleksini alan ilk ölkələr ola bilərlər”.

Bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.


Onun sözlərinə görə, Hindistan Rusiyanın uzunmüddətli strateji tərəfdaşıdır: "Biz "S-400”lərlə bağlı müqavilə imzalamışıq və onlar ilin sonuna qədər bu sistemin birinci hissəsini alacaqlar. Ona görə də Hindistanın yaxın gələcəkdə bizdən "S-500” istəməkdə maraqlı olması tamamilə məntiqlidir”.

Şuqayev qeyd edib ki, "S-500” raket kompleksləri Rusiyanın Silahlı Qüvvələrinə tələb olunan həcmdə təhvil verildikdən sonra onun xarici ölkələrə ixracı mümkün olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ