Rusiyada İİV ölkənin 30 regionunda ümumiləşdirilmiş epidemiya miqyasına qədər yayılıb.
Bu barədə Rospotrebnadzor məlumat yayıb.
Bildirilib ki, virus getdikcə təkcə yüksək risk qruplarında deyil, həm də ümumi əhali arasında aşkarlanır.
40-50 yaş arası rusiyalı kişilərin arasında 3%-dən çoxunun hazırda İİV ilə yaşadığı qeyd olunub.
Vurğulanıb ki, səhiyyə müəssisələrində yoluxma hallarının artması barədə də məlumatlar var.








