Rusiyanın təbii qaz və neft satışından əldə etdiyi gəlir son 14 ayda ən aşağı səviyyəyə düşüb. Ukraynanın işğalı ilə əlaqədar Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya üzünü Asiya bazarlarına çevirdi.
7NEWS.az xəbər verir ki, ölkənin enerjidən əldə etdiyi gəlir ötən ay 671,9 milyard rubla (11 milyard dollar) düşüb. Bu, 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyədir. Avqust ayında yaşanan azalma iyulda yüzdə 13, illik müqayisədə isə yüzdə 3,4 oldu.
7NEWS.az








