RU
Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb
12:00
22

Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb

Rusiya qüvvələri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə genişmiqyaslı raket və dron hücumu həyata keçirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevdə 8 nəfər həyatını itirib, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb.

Məlumata əsasən, paytaxtın Darnitski, Qoloseyevski və Solomyanski rayonları atəşə tutulub. Darnitski rayonunda iki ərazidə yanğın baş verib, Qoloseyevski rayonunda qeyri-yaşayış binasına ziyan dəyib. Solomyanski rayonunda isə yaşayış binasının bir hissəsi dağılıb.

Kiyev vilayətinin Borispol şəhəri də hücumlara məruz qalıb. Regional hərbi administrasiyanın rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, zərbələrdən biri beşmərtəbəli yaşayış binasına dəyib. Hadisə nəticəsində binadan 48 nəfər təxliyə olunub, 8 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Yaxınlıqdakı dayanacaqda olan avtomobillər də yanıb.

Digər zərbə müəssisələrdən birinə dəyib. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Dövlət Fövqəladə Hallar Xidməti daha sonra Kiyev vilayətindəki hücumlar nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ