RU
Ruslar 200 gündə nə qədər itki verib? - Zelenski açıqladı
19:00
135

Ruslar 200 gündə nə qədər itki verib? - Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfinin müharibədə itirdiyi texnikaları sadalayıb və Ukrayna ordusunu tərifləyib.

7NEWS.Az xəbər verir ki, Zelenski xalqa müraciətində Rusiyanın 200 günlük müharibədə itkilərini sadalayıb. 

Zelenski açıqlamasında Ukrayna ordusunun mübarizəsini də yüksək qiymətləndirib: "Ordumuz düşmənin 2000-dən çox tankını, 4500 zirehli döyüş texnikasını, 1000-dən çox artilleriya sistemini, 250 təyyarəsini və 200 helikopterini, 100-ə yaxın insansız texnikasını məhv edib. 200 gündə 15 gəmi və onun qayığı minlərlə digər düşmən texnikasını məhv etdi. Bu gün Ukraynanın şimalında, cənubunda və şərqində hər kəs sizin uğurlarınızı görür və qeyd edir. Düşmən panikaya düşür. Ukrayna öz ordusu ilə fəxr edir, ona inanır və dua edir". 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ