RU
Saakaşvilinin tərəfdarları gecəni Hökumət Evinin qarşısında keçirib
14:10
516

Saakaşvilinin tərəfdarları gecəni Hökumət Evinin qarşısında keçirib

Müxalif "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və Gürcüstanın eks-Prezidenti Mixail Saakaşvilinin digər tərəfdarları bazar ertəsi keçmiş dövlət başçısına dəstək məqsədilə mitinq ediblər, bütün gecəni Hökumət Evinin qarşısında keçiriblər.
Bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

Ərazidə, həmçinin polis dəstələri növbə çəkib. Gecə vəziyyət bir neçə dəfə kəskinləşib, lakin həbssiz ötüşüb. Səhər saatlarında etirazçıların sayı yetərincə azalıb, lakin polis təhlükəsizlik məqsədi ilə binanın giriş hissəsinə dəmir çəpərlər düzüb. Hazırda vəziyyət sakitdir.

Etirazçılar Saakaşvilinin həbsxana xəstəxanasından vətəndaş klinikasına köçürülməsini tələb edir, bu tələb yerinə yetirilməyənədək etirazların davam edəcəyini bildirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ