RU
Sabah bu ərazidə işıq olmayacaq
16:53
383

Sabah bu ərazidə işıq olmayacaq

Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10:30-dan 14:00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə 7News.Az-a "Azərişıq” ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ