>
RU
lombard
Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq
23:28
1501

Sabahdan “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətində dəyişiklik olacaq

Sabahdan (15 sentyabr tarixində) Azərbaycanda "Aİ-95” ("Premium") və "Aİ-98” ("Super") markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək.

"Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manat, "Aİ-98” markalı benzinin qiyməti isə 1,9 manat civarında formalaşa bilər.

Lakin bu rəqəmlərin dəqiq olmadığı, qiymətlərin qeyd olunanlardan fərqlənə biləcəyinə dair məlumatlar var. Hələlik məsələ ilə bağlı aidiyyəti qurumlar hər hansı açıqlama verməyib. Qiymət dəyişikliyinə dair rəsmi məlumatın sabah yayılacağı gözlənilir.

Hazırda "Premium"un 1 litrinin qiyməti 1,45 manat, "Super" markalı benzinin qiyməti isə 1,6 manatdır./apa

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ