RU
Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq...
13:30
402

Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq...

Noyabrın  29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 7News.Az-a verilən məlumata görə, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət  65-75 faiz olacaq.  

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 2-6,  gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü 

gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ