RU
ŞAD XƏBƏR! ANS-in şikayəti təmin edildi
18:09
1331

ŞAD XƏBƏR! ANS-in şikayəti təmin edildi

Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib.
 
İstiPress-in məhkəmədə olan əməkdaşı xəbər verir ki, artıq 2 şikayətə baxılıb. Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib. Hazırda kassasiya şikayətlərinin davam etdirlməsi üçün ANS Şirkətlər Qrupunun hakimlərin dəyişdirilməsinə dair şikayətinə baxılır. Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.

Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edildi. Hakimlər məhkəmənin təxirə salındığını bildirərək növbəti məhkəmə prosesinin elan ediləcəyini dedilər və zalı tərk etdilər. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ