RU
lombard
Samanyolunda ən sürətlə fırlanan ulduz aşkar edildi
12:10
151

Samanyolunda ən sürətlə fırlanan ulduz aşkar edildi

Çinli astrofizik Quan-Vey Li Samanyolunda başqalarından daha sürətlə fırlanan ulduz aşkar etdiyini bildirib.

"Gazeta.ru” xəbər verir ki, alim bu tapıntını xoşbəxt təsadüf adlandırıb. Li "LAMOST” spektroskopik teleskopu ilə "O” sinfinə aid (ətrafa hidrogen saçan qaynar mavi ulduzlar) ulduzları axtararkən sözügedən səma cismini aşkar edib.

"LAMOST J040643.69 + 542347.8” adı alan obyekt saniyədə 540 kilometr sürəti ilə hərəkət edir. Həmin ulduzu Günəşdən 30 min işıq ili ayırır.

Alimlərin fikrincə, tək ulduza bu sürətlə fırlanmaq çətindir. Bu səbəbdən obyektin xüsusiyyətləri araşdırılacaq.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ