RU
Şamaxı Rəsədxanasında çatlar yaranıb
16:12
298

Şamaxı Rəsədxanasında çatlar yaranıb

Şamaxı Astrofizika Rəsədxanasının üzlük daşlarında çatlar əmələ gəlib.

Bunu 7News.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, rəsədxanaya ciddi ziyan dəyməyib: 

"Çatlar əmələ gəlib və bir-iki üzlük aqlay daşı qopub. Zəlzələ güclü idi və bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə daha güclü oldu”.

Xıdır Mikayılov bildirib ki, rəsədxana əraziyə daha yaxındır:

"Zəlzələ ocağından 10 kilometr məsafədə yerləşir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ