RU
Sarayda qardaşı arvadını mülkə görə öldürdü, 17 il cəza aldı
13:50
26

Sarayda qardaşı arvadını mülkə görə öldürdü, 17 il cəza aldı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Pərviz Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Məlikov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə mülkə görə olub. Belə ki, Pərviz Məlikov atasından qalan mülkündə qardaşı Əmrulla Məlikovla yaşayıb. Pərviz başqa yerdə ev tiksə də, ata evindən də əmlak payı olub. O, qardaşı ilə mülkü bölmək istəsə də, qardaşı və onun həyat yoldaşı Əminə Payızova buna etiraz ediblər. Ə.Məlikov və həyat yoldaşı Əminə Pərvizə ata mülkündən pay verməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb və Pərviz evə gələrək Əminəni çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə P.Məlikov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ