Şəbnəmdən Minaya ATMACA: "Mənim kimi abırlı geyin"
"Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişinin qonaqları Şəbnəm Tovuzlu və Mina olub.
7News.Az xəbər verir ki, aparıcı Tarix Əliyev müğənnilərin geyimindən söz salıb. O, bildirib ki, Mina ilə kim evlənsə, gərək "ətəyini biraz uzat” desin.
Mövzuya münasibət bildirən Şəbnəm Minaya əlini uzadaraq "Bax, mənim kimi abırlı geyin" deyib. Mina isə "hər şey geyimlə ölçülmür" deyərək münasibətini bildirib.